EN

Siyəzən və Xaçmaz boksçuları arasında yoldaşlıq görüşü keçirilib

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “Sağlam həyat” layihəsi çərçivəsində Siyəzən şəhər 4 nömrəli tam orta məktəbdə Siyəzən və Xaçmaz boksçuları arasında yoldaşlıq görüşü keçirilib.

Rekord.az xəbər verir ki, idman tədbiri yeniyetmə və gənclər arasında boks idman növünün təbliği, bu idman növünə marağın artırılması, sağlam həyat tərzinin təşviq edilməsi, gənc boksçuların yarış təcrübəsinin yüksəldilməsi, həmçinin idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məqsədi daşıyıb.

Yoldaşlıq görüşündə 60-dan çox yeniyetmə və gənc boksçu qüvvəsini sınayıb.

Chosen
15
rekord.az

1Sources