EN

COP29 iqlim dəyişikliyi ilə mübarizədə həll edici rol oynayacaq - Muxtar Babayev

Bakı. Trend:

COP29 iqlim dəyişikliyi ilə mübarizədə həll edici roloynayacaq.

Trend xəbər verir ki, bubarədə ekologiya və təbii sərvətlər naziri, COP29 prezidenti MuxtarBabayev BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı(Pre-Cop29) çərçivəsində keçirilən “TROİKA Missiya 1.5 üçün YolXəritəsi: Beynəlxalq Əməkdaşlığın Artırılması” adlı dəyirmi masadaçıxışı zamanı deyib.

O qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlığıgenişləndirməliyik.

“Şəffaflıq çərçivəsi bizim kollektiv məsuliyyətimizi təmin edir.Fəxrlə deyə bilərəm ki, Bakı şəffaflıq platforması təqdim edirik.Artıq Afrikada, Mərkəzi Asiyada təlimlər keçmişik. Bu istiqamətdəişlərimizi davam etdirəcəyik.

İqlim dəyişikliyi istiqamətində maliyyə cəlb etməliyik. Buolmadan nailiyyət əldə etmək çətindir. Biz dayanıqlı inkişafməqsədlərimizə uyğun olaraq investisiya planlarımızı qurmalıyıq.COP29 iqlim dəyişikliyi ilə mübarizədə qlobal əməkdaşlığıgücləndirmək üçün platformadır. Qarşımızdakı yol asan deyil. Lakinqətiyyətli, ambisiyalı olaraq dayanıqlı gələcək qura bilərik”,-deyə o bildirib.

Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransı (UNFCCC) ərəfəsində keçirilənPreCOP29 iclası keçirilir.

Konfrans “Ambisiyaların gücləndirilməsi və fəaliyyətin təminedilməsi” devizi ilə baş tutur.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Chosen
16
2
az.trend.az

1Sources