EN

Çarpıcı iddia: Zəlzələ gizli nüvə sınağındanmı olub?

İranın Simnan vilayətində baş verən zəlzələnin “gizli nüvə sınağı” olması ilə bağlı iddialar sosial mediada müzakirələrə səbəb olub.

Turkustan.az xəbər verir ki, İranın Simnan vilayətində baş verən zəlzələ xəbəri sosial mediada Tehranın bəzi bölgələrində də hiss edilən yeraltı təkanların İranın ilk nüvə sınağından qaynaqlandığı barədə fərziyyələrə səbəb olub.

Tehran Universitetinin seysmoqrafiya mərkəzi şənbə günü, oktyabrın 5-də saat 22.45-də İranın Simnan vilayətinin Aradan şəhərində 4,4 bal gücündə zəlzələnin baş verdiyini və yeraltı təkanların Tehranın şərqində də hiss edildiyini açıqlayıb.

Euronews xəbər verir ki, bu xəbərin dərcindən bir neçə saat sonra sosial şəbəkələrdə Tehranın İsrailin öz ərazisinə hücumlarına qarşı ola bilsin ki, ilk yeraltı nüvə sınağını keçirməyə cəhd etməsi ilə bağlı fərziyyələr yayılmağa başlayıb.

Bu fərziyyələr İslam Respublikası rəsmilərinin və İnqilab Keşikçiləri Korpusunun komandirlərinin ölkəyə iqtisadi, siyasi və hərbi təzyiqlərin güclənəcəyi təqdirdə Tehranın hərbi müdafiə doktrinasını dəyişəcəyi ilə bağlı bəyanatlarından sonra baş verib.

İslam Respublikasının Milli Təhlükəsizlik Şurasının qeyri-rəsmi əsas məlumat mənbəyi kimi fəaliyyət göstərən NorNews xəbər saytı nüvə fərziyyələrini “şayiə” kimi rədd edərək, nüvə sınaqlarının İranın nüvə və müdafiə doktrinasına zidd olduğunu bir daha vurğulayıb.

Vaşinqtonda yerləşən Demokratiyaların Müdafiəsi Fondu (FDD) 2019-cu ildə İranın “Sahə Layihəsi” kimi tanınan yeraltı nüvə sınaqları meydançalarının tikintisi proqramına start verdiyi barədə hesabat dərc edib. 2019-cu il hesabatına görə, tədqiqatçılar 2003-cü ildə yeraltı nüvə partlayıcısının məhsuldarlığını ölçmək üçün seysmik metodların inkişafı çərçivəsində qeyri-nüvə yeraltı partlayıcı sınaqların keçirildiyi ehtimal olunan yeri (Semnanın cənub-şərqində) müəyyən ediblər.

Bu, Simnanda baş verən zəlzələnin Tehranın ilk nüvə sınağı ilə əlaqəli ola biləcəyi ehtimalını artırdı.

İran daha əvvəl Simnandan cənub-şərqdə “İmam Xomeyni” kosmik mərkəzinin və raket qərargahının mövcudluğunu etiraf etsə də, bu yer zəlzələnin episentrindən 100 kilometrdən çox uzaqdadır.

Bununla belə, bəzi sosial media istifadəçiləri İranın Simnan əyalətində elan edilməmiş yeraltı nüvə obyektinə malik ola biləcəyi ilə bağlı fərziyyələrini davam etdirir və bildirirlər ki, bu obyektləri Natanz kimi tanınmış bir obyektdə işlətməkdənsə, sınaq meydançası kimi istifadə etməyə üstünlük verir.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Chosen
6
turkustan.az

1Sources