EN

Pre-COP29 iqlim sammitindən əvvəl vacib məsələlərdə irəliləyişə nail olmağa kömək edəcək - Muxtar Babayev

Bakı. Trend:

Bakıda başlayan Pre-COP29 tədbiri "Yeni Kollektiv KəmiyyətMəqsədi", Paris İqlim Sazişinin 6-cı maddəsi, itkilər və zərərlərləmübarizə üzrə beynəlxalq fondun formalaşması və Yaşıl İqlim Fonduməsələlərinin irəliləməsinə kömək edəcək.

Trend xəbər verir ki, bubarədə COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycan Respublikasıekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda BMT-ninİqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29)zamanı çıxışında deyib.

"Pre-COP29 bu vacib məsələlər üzrə irəliləyişə nail olmağa köməkedəcək, bütün işi COP29-a buraxmaq olmaz, iqlim sammitindən əvvəldə müəyyən qərarlara gələ bilərik", - M.Babayev qeyd edib.

Onun sözlərinə görə, Bakıda, inkişaf edən ölkələrin və xüsusəndə, ada dövlətlərin iqlim problemlərini həll edilməsi üzrə illik 1trilyon ABŞ dolları toplamaq və istifadəsini təmin etmək kimi,COP28 çərçivəsində əldə olunmuş konsensusları dəstəkləməkvacibdir.

"İqlim maliyyələşdirməsi Pre-COP-da və COP29-un özündə əsasməsələlərdən biri olacaq", - COP29-un prezidenti bildirib.

Onun sözlərinə görə, Bakıda Paris İqlim Sazişinə qoşulan ölkələrtərəfindən 2024-cü ilin sonuna qədər təqdim olunmalı olan 2 illikşəffaflıq hesabatları (BTR) və ölkələrin iqlim öhdəlikləri üzrəmilli planları (NDC), 2025-ci ilin fevral ayına qədər təqdimolunmalıdır.

"Onların icrası istixana və qeyri-istixana qazlarınınemissiyalarını azaltmaqla bağlı real addımları müəyyən edəcək", -M.Babayev vurğulayıb.

O, eyni zamanda Paris İqlim Sazişinin 6-cı maddəsi üzrəqərarların qlobal əhəmiyyətə malik olacağını qeyd edib.

"Biz hesab edirik ki, bütün siyasi mübahisələri işıqlı iqlimgələcəyi naminə təxirə salmaq lazımdır. Ümidvaram ki, bu, COP29-unbütün iştirakçıları tərəfindən dəstəklənəcək", - M.Babayev əlavəedib.

Chosen
20
1
az.trend.az

2Sources