EN

Piyada və əlillərin yolu kəsən sürücülər- FOTO

Paytaxtın Ağ şəhər ərazisində qaydaları kobud şəkildə pozan sürücülər görüntülənib. Avtosfer.az xəbər verir ki, bu barədə izləyicilərdən biri fotolar göndərib. Belə ki, 90-KY-234 dövlət nömrə nişanlı "Hyundai" markalı, 77-ST-132 dövlət nömrə nişanlı "Toyota" markalı və 77-EC-308 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillərin sürücüləri piyada keçidləri və fiziki qüsurlu şəxslərin istifadə etməsi üçün nəzərdə tutulmuş pandusların önündə avtomobil park edib. 

Bununla da qayda pozmaqla yanaşı ictimai qınağa da səbəb olublar. Fotoları təqdim edirik.

Fərid

 

FOTO QALEREYA
Chosen
10
avtosfer.az

1Sources