EN

Aİ iqlim elminə geniş maliyyə dəstəyi təqdim edib - Vopke Hoekstra

Bakı. Trend:

Avropa İttifaqı iqlim elminə geniş maliyyə dəstəyi təqdimedib.

Trend xəbər verir ki, bubarədə Avropa İttifaqının (Aİ) iqlim fəaliyyəti üzrə komissarıVopke Hoekstra Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərinİlkin Konfransı (Pre-COP29) zamanı çıxışında deyib.

"Xatırlatmaq istəyirəm ki, mövcud iqlim vəziyyətini dəyişdirməyəbaşlamaq üçün elmə əsaslanmaq son dərəcə vacibdir. Buna görə də,hər bir halda nə etməli olduğumuzu izah edəcək modelçilər vəmütəxəssislərin iştirak etdiyi bir sıra layihələrimaliyyələşdirdik", - o bildirib.

O, həmçinin bütün dünya üçün bu məsələdə hansı tədbirləringörülməsinin son dərəcə vacib olduğunu vurğulayıb.

“Biz yalnız Avropa İttifaqı çərçivəsində bu ambisiyalı yoldairəliləməyə davam etməli deyilik, həm də əlimizdən gələnietdiyimizə əmin olmaq üçün həm burada, həm də dünyada bu məsələüzrə çox yaxından çalışmalıyıq”, - Vopke Hoekstra qeyd edib.

Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransından (UNFCCC) əvvəlki Konfrans,yəni Pre-COP29 başlayıb.

Pre-COP29 Bakıda "Ambisiyaları artırmaq və fəaliyyət göstərmək"devizi altında keçirilir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrındaAzərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İkihəftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxınxarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Chosen
43
2
az.trend.az

2Sources