EN

Yasamal sakinləri ilə görüş keçirildi

İcra Başçısı və deputat ərazidə sakinlərlə görüşdü, təklif, şikayət və müraciətlərini qəbul etdilər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün oktyabr ayı üzrə səyyar qəbul keçirilib.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Göydəniz Qəhrəmanovun sakinlərlə görüşü rayondakı 18 nömrəli tam orta məktəbin akt zalında baş tutdu.Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə və MKTB rəhbərliyi, xidmət sahələrinin nümayəndələri də iştirak etdilər. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş etdi. Öncə söz alan Yasamal rayonunun sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra Yasamal rayonunun sakinləri mənzil-məişət şəraitinin yaxşılaşdırılması, qurumuş və təhlükə yaradan ağacların budanması, mənzillərin və küçələrin elektrik enerjisi ilə təminatı, məhəllədaxili yolların asfaltlanması, Sovetski kimi tanınan ərazidə yeni söküntünün mümkünlüyü, vətəndaşların bank borcları və müxtəlif sosial məsələləri əhatə edən digər mövzular qaldırdılar.
İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret göstərişlər verdi. İcra başçısı həmçinin sakinləri maraqlandıran suallara ətraflı cavab və izahatlar verdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.Öz növbəsində Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov sakinlərin müracətlərinin həllinin onun fəaliyyətinin prioritet istiqaməti olacağını vurğuladı.
Chosen
42
2
xalq.az

10Sources