EN

Təhlükəli böcəklər Xaçmazda da yayıldı - FOTO

Azərbaycana qonşu Gürcüstandan gəldiyi ehtimal edilən mərmər bağacığı Xaçmaz rayonunda görünməyə başlayıb.

Bir neçə gündür rayonun əksər yaşayış məntəqələrində, əkin-meyvə bağlarında, park və açıq məkanlarda dəstə ilə uçan bu təhlükəli böcəyə rast gəlmək mümkündür. Bitki və meyvə ağacına zərər verən mərmər bağacığının yayılmasının qarşısını almaq üçün Xaçmazda kompleks tədbirlərə başlanılıb.

Xaçmaz Rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Əkbər Ceyhunov Bizim.Media-ya açıqlamasında bildirib ki, zərərverici böcəyə qarşı feromon tələlər qoymaqla, kimyəvi preparatlardan istifadə etməklə dərmanlama üsulları ilə mübarizə aparılır:

"Qışlama dövrünü yaşayan mərmər bağacığı ilə mübarizədə yaşayış evi və həyətlərində dərmanlama aparılarkən təhlükəsizlik qaydalarına ciddi əməl edilməlidir".

Əkbər Ceyhunov həmin kimyəvi preparatların zəhərli, insan həyatı üçün təhlükəli olduğunu açıqlayıb. Miqrasiya yolu ilə yayılan artan mərmər bağacığı ilə operativ tədbirlər davam etdirilir.








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Chosen
13
bizim.media

1Sources