EN

“Lənkəran” ikinci görüşündə də uduzub

Azərbaycan Basketbol Liqasının yeni mövsümünə hazırlaşan “Lənkəran” klubu növbəti yoldaşlıq görüşünü keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu dəfə rəqib “Sərhədçi” klubu olub.

“Sərhədçi” İdman Kompleksində keçirilən matçda 161 xal qeydə alınıb. Yekunda meydan sahibləri 85:76 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, bu “Lənkəran”nın ikinci yoxlama oyunu olub. Onlar bundan əvvəl “Naxçıvan”a 70:83 hesabı ilə uduzublar.

İdman.biz

Chosen
2
1
bakivaxti.az

2Sources