EN

Sentyabrın ən yaxşı baş məşqçisi bilindi

Azərbaycanın "Sabah" klubunun sabiq baş məşqçisi, hazırda "Krasnodar" komandasına rəhbərlik edən Murad Musayev Rusiya Premyer Liqasında sentyabr ayının ən yaxşısı seçilib.

"Cebheinfo.az" Premyer Liqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, on ekspertdən doqquzu səsvermə zamanı məhz M.Musayevə üstünlük verib.

"Krasnodar" sentyabrda meydana çıxdığı 4 oyunda 12 xal toplayıb.

Qeyd edək ki, 40 yaşlı rusiyalı mütəxəssis 2021-2024-cü illərdə "Sabah"ı çalışdırıb.

"Cebheinfo.az"

Chosen
8
2
cebheinfo.az

3Sources