EN

Ronaldinyo Amerika klubunun səhmdarı oldu

“Barselona”nın və Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo Amerikanın “Qrinvil Triumf” futbol klubunun səhmdarına çevrilib.

İdmanxeber.az-ın məlumatına görə, Cənubi Karolinadan olan komanda 2018-ci ildə yaradılıb və üçüncü ABŞ liqasında oynayır.

44 yaşlı Ronaldinyo oktyabrın 9-da Nyu-York Birjasında müqavilə imzalayıb və klubun səhmdarı kimi təqdim edilib.

Chosen
31
3
idmanxeber.az

5Sources