EN

Çin iqtisadiyyatı yavaşlayır, BMW satışları geriləyir

Çində iqtisadi artımın yavaşlaması BMW-nin satışlarına ciddi zərbə vurub.

Fins.az xəbər verir ki, "BMW Group" 2024-cü ilin üçüncü rübündə avtomobil satışlarının keçən ilin eyni dövrünə nisbətən 13% azalaraq 540,882 ədədə düşdüyünü açıqlayıb.

Eyni zamanda, BMW markasının satışları 11.4% azalıb.

Çin bazarında isə BMW-nin satışları 29.8% azalaraq 147,691 avtomobilə enib. Elektrikli avtomobil satışlarında isə cüzi artım müşahidə edilib. BMW 2024-cü il üçün satış proqnozlarını da aşağı salıb, durğun Çin bazarını səbəb göstərib.

Bu yavaşlama, digər alman avtomobil istehsalçısı Mercedes-Benz-in də satışlarına mənfi təsir edib.
 

Zemfira Ms
Fins.az

 

Chosen
95
21
fins.az

10Sources