EN

Peskov Rusiya ilə Gürcüstan arasında vizasız rejimin tətbiqini humanitar münasibətlərin qorunması ilə izah edib

Rusiya Prezidenti Vladimir Putinin bütün Gürcüstan vətəndaşları üçün vizasız rejim haqqında qərarı iki ölkə arasında humanitar münasibətlərin qorunmasına yönəlib.

AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, V.Putin Gürcüstan vətəndaşlarının bu ölkəyə vizasız gediş-gəlişini təmin edən fərman imzalayıb. Sənəd oktyabrın 10-dan qüvvəyə minir. Sənədə əsasən, vizasız rejim indi Rusiyaya işləmək məqsədilə və ya müvəqqəti qalmaq üçün 90 gündən çox müddətə gələn Gürcüstan vətəndaşlarına şamil edilir.

Peskovun sözlərinə görə, Rusiyada kifayət qədər böyük gürcü diasporu var. Bundan əlavə, rusiyalı turistlər də Gürcüstana səfər edirlər: “Dövlətlərarası münasibətlər öz yerində, iki xalq arasında dialoqdan söhbət gedirsə, humanitar münasibətlər də öz yerindədir”.

Chosen
16
3
yeniazerbaycan.com

10Sources