EN

Rusiya saytlarına hücum olub

Hakerlər “RİA Novosti” və “Sputnik”in saytlarına, həmçinin “Rossiya Seqodnya” media qrupunun digər resurslarına kütləvi hücum təşkil ediblər.

 

Oxu24.com xəbər verir  ki, Media qrupunun texniki xidmətlərindən verilən məlumata görə, hücum səhər saat 11 radələrində başlayıb. Asiya və Latın Amerikası ölkələrində qeydə alınmış IP ünvanlarından həyata keçirilib.

“Botların sayı 1 milyon ünvanı ötüb. Mühafizə sistemlərinin inkişafı kifayət qədər tez baş verdi, hücum dayandırıldı və ən yüksək həddə mütəxəssislərimiz 720 min ünvanı blokladılar”, - texniki xidmətlər bildirir.

İyunun 20-də naməlum şəxslər “Mir” ödəniş sisteminin operatoru olan Milli Ödəniş Kartı Sisteminin (MSCP) infrastrukturuna DDoS hücumları həyata keçirib. Həmin vaxt sistemə az ziyan dəymişdi və Sürətli Ödənişlər Sistemi adi qaydada işləməyə davam edirdi.

2024-cü ilin üçüncü rübündə Rusiyada qeydə alınan DDoS hücumlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 103% artıb. Eyni zamanda, ikinci rübdə illik müqayisədə artım 76% təşkil edib. Məlumatlar göstərir ki, Rusiyada DDoS hücumları yenidən artmaqdadır.

Nigar

 

Chosen
25
oxu24.com

1Sources