EN

Kennedi ailəsinin ən yaşlı üzvü vəfat etdi

Kennedi ailəsinin ən yaşlı üzvü, ABŞ senatoru və baş prokuroru Robert Kennedinin arvadı Ethel 97 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun nəvəsi III Co Kennedi “X” sosial şəbəkəsində məlumat verib.

Qeyd edək ki, Ethel sabiq prezident Con Kennedinin gəlini, Robert F. Kennedinin arvadı və bu yaxınlarda prezidentlik kampaniyasını başa vuran və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı dəstəkləyən kiçik Robert Kennedinin anasıdır.

Ethel Kennedi ictimai fəaliyyətlə məşğul idi, xüsusən də insan haqlarını fəal şəkildə müdafiə edirdi.

Chosen
19
5
qafqazinfo.az

6Sources