EN

Rusiyaya qarşı bəyannamə...TÜRKİYƏ DƏ İMZALADI

Serbiya Prezidenti Aleksandr Vuçiç, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Yunanıstanın Baş naziri Kiriakos Miçotakis və bir sıra digər ölkələrin yüksək səviyyəli nümayəndələri Xorvatiyanın Dubrovnik şəhərində üçüncü Ukrayna-Cənub-Şərqi Avropa sammitinin yekunlarına dair bəyannamə qəbul ediblər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, 18 bənddən ibarət bəyannamədə Rusiyanın Ukraynaya müdaxiləsi pislənilir.

 

Bundan əlavə, sənəddə beynəlxalq ictimaiyyətin Ukraynaya dəstəyinin gücləndirilməsinə çağırış edilir.

 

Bəyannamədə həmçinin Ukraynanın sülh formulu təsdiqlənir və ölkənin ərazi bütövlüyünün qorunmasının vacibliyi vurğulanır.

 

Qeyd edək ki, bəyannaməni Ukrayna, Xorvatiya, Kosova, Bosniya və Herseqovina, Şimali Makedoniya, Albaniya, Bolqarıstan, Sloveniya və Rumıniya da imzalayıblar.

Chosen
21
7
senzor.az

8Sources