EN

Avtobus marşrut sahibləri indiyədək dövlətə pul verirdilər, indidövlətdən pul alacaqlar...Yeni layihə, ya büdcəyə yük?

Image

Ərşad Hüseynov: “İctimai nəqliyyat çox baha olmamalı, dayanıqlı olmalıdır və stabil maliyyə mənbəyi olmalıdır”

Azərbaycanda avtobus daşıyıcılarının fəaliyyəti ilə bağlı yeni konsept təqdim olunub. Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev yol hərəkətinin təşkili istiqamətində yeni layihə ilə bağlı ictimai dinləmədə bildirib.

O qeyd edib ki, sistem çox sadədir və bu sistemə görə, daşıyıcıya dövlət tərəfindən hər kilometr hesabına pul ödənilir: “Avropada avtobuslar brutto kontraktla işləyir. Daşıyıcı kilometr hesabı dövlətdən pulunu alır və axşam saat 12-ə qədər də xidmət göstərməyə həvəsli olur. Bizim də təqdim etdiyimiz həmin sistemdir. Təqdim edilən sistem hökümət tərəfindən dəstəklənir. Bu istiqamətdə müvafiq dövlət orqanları ilə görüşlər keçirilib, bütün hesablamalar təqdim edilib”.

Azərbaycanda avtobus daşıyıcılarının fəaliyyəti ilə bağlı yeni konsept təqdim edilib. Yeni konseptə əsasən daşıyıcıya dövlət tərəfindən hər kilometr hesabına pul ödəniləcək. 

Maraqlıdır, bu sistemin müsbət və mənfi cəhəti nədir? 

“Daşıyıcı gediş haqqından asılı olmur, gediş haqqı uğrunda mübarizə aparılmır, həmçinin avtobus dolsun sürərəm kimi problemlər olmur, nəticədə normal…”

Yeni konseptin mahiyyəti barədə fikir bildirən nəqliyyat eksperti Ərşad Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, AYNA-nın təqdim etdiyi konsepsiya ideyadır, hələ tətbiq olunmayıb: “Yeni konseptin mahiyyəti ondan ibarədir ki, ictimai nəqliyyat çox ciddi sosial məsələdir, hər kəsin həyatına təsir edir. İctimai nəqliyyatdan istifadənin yaxşılaşdırılması, əlçatanlığın artırılması üçün müxtəlif tədbirlər görülür. Bu əlçatanlığın təmin olunmasının variantlarından biri də odur ki, ictimai nəqliyyat çox baha olmamalı, dayanıqlı olmalıdır və stabil maliyyə mənbəyi olmalıdır. Stabil maliyyə mənbəyi gediş haqqı hesabına təmin edilə bilmir. Bütün dünyada qəbul olunub ki, sərnişinin ödədiyi gediş haqqı hesabına ictimai nəqliyyatı dayanıqlı  etmək mümkün deyil. Mütləq dövlət və ya bələdiyyənin maddi dəstəyi olmalıdır. Maddi dəstəyin formatı da təqdim edilən yeni konsepsiyadır. Konsepsiya “Brutto” müqavilə adlanır. “Brutto” müqavilə odur ki, görülən işə görə ödəniş alınır.  Gediş haqqı isə şəxslərin ödədiyi vəsaitdir. Məsələn, avtobusda 5 adam var və onların hər bir 50 qəpik gediş haqqı ödəyir. “Brutto” müqavilə isə odur ki, avtobus bir reys edir. reysin də iqtisadi cəhətdən hesablanmış qiyməti var. Avtobus boş getdi və ya dolu, bunun heç bir fərqi yoxdur. Sürücü həmin reysin qiymətini alır. Belə olan halda daşıyıcı gediş haqqından asılı olmur, gediş haqqı uğrunda mübarizə aparılmır, həmçinin avtobus dolsun sürərəm kimi problemlər olmur. Nəticədə normal, komfortlu ictimai nəqliyyat olur. Dövlət dəstəyinin ən gözəl formatı budur, ümid edirəm ki, bu qayda kağız üzərində qalmaz, icra olunar”.

Günel CƏLİLOVA 





Chosen
13
baki-xeber.com

1Sources