EN

Şəhriyar Məmmədyarov Azərbaycan çempionatında iştirak edəcək

Milli komandanın üzvü Şəhriyar Məmmədyarov Azərbaycan çempionatında iştirak edəcək.

"Operativ Media" xəbər verir ki, bu haqda şahmatçı özü sosial media hesabında paylaşım edib.

"Bu gün, 2025-ci ildə təşkil olunacaq Azərbaycan birinciliyi üçün kontrakt imzalayıb, turnirdə oynayacağımı təsdiqlədim. Ümid edirəm ki, ölkənin bütün aparıcı şahmatçıları bu turnirdə iştirak edəcəklər. Çox maraqlı turnir bizi gözləyir. Ölkə şahmatın dəstəklədiyi üçün Azərbaycan Şahmat Federasiyasının rəhnəri Mahir müəllimə təşəkkür edirəm və ümid edirəm, ildən -ilə ölkə birinciliyinə dəstəyi artar. Bu ilin başlanğıcındən söz vermişdim ki, ölkə birinciliyində oynayacam və 2025-ci ildə keçiriləcək turniri həyəcanla gözləyirəm. Bizim gənc və aparıcı şahmatçılarımızla oynayacağım üçün çox şadam!".

Chosen
25
operativmedia.az

1Sources