EN

“Vaşinqton Post” Zelenskinin uğursuzluğundan yazdı – “Bacaracağı iş deyil”...

Rusiyanın Donbassda uğurlu hücum hərəkətləri və Ukrayna ordusunun Kursk vilayətində əməliyyatının uğursuzluğu səbəbindən Ukrayna prezidenti Vladimir Zelenskinin mövqeyi zəiflədi, ona görə də o, Rusiya Federasiyası ilə dialoqa və sülh danışıqlarına daha açıq oldu. Bu yaxınlara qədər isə o, alternativsiz olaraq Kiyevin şərtləri əsasında sülhün tərəfdarı idi. 

Missiya.Az xəbər verir ki, bu sözlər  “Vaşinqton Post” qəzetində Qərb diplomatlarına istinadən yazılan məqalədəndir.

 “Kiyevdəki qərb diplomatları hiss edirlər ki, Zelenski Rusiya ilə danışıqlara başlamaq üçün daha açıq olub, baxmayaraq ki, Rusiya Ukraynanın 20 faizindən çoxunu işğal edib və çətin ki, hər hansı ərazini qaytarsın... 

Zelenski müharibəni bitirməyin vacibliyini vurğulayır. Rusiya döyüş meydanında mövqelərini gücləndirdiyi üçün onun mövqeyi zəifləyib”, - müşahidəçilər belə deyiblər. 

O da qeyd olunur ki, Rusiya qüvvələrinin yüksək irəliləmə tempinə görə Qərb analitikləri yaxın aylarda Ukrayna Silahlı Qüvvələrinin yeni ərazi itkilərini proqnozlaşdırırlar. Bundan əvvəl ABŞ hərbi kəşfiyyatının keçmiş strateji analitiki Rebekka Koffler Vladimir Zelenskinin “qələbə planını” qiymətləndirərək, onu reallıqdan ayrılmış xəyallar adlandırmışdı. O, həmçinin vurğulayıb ki, cəbhədəki vəziyyəti dəyişdirmək Kiyevin “bacarmadığı” işdir. 

ElcanMissiya.Az

Chosen
33
29
missiya.az

10Sources