EN

Gürcü futbolçu A seriyasında ötən ayın ən yaxşısı seçildi

"Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya İtaliya A Seriyasında sentyabrın ən yaxşı futbolçusu seçilib.

90deqiqe.Az xəbər verir ki, 23 yaşlı hücumçu ötən ay keçirdiyi 3 oyunda 2 qol və 1 məhsuldar ötürməyə imza atmaqla bu uğura nail olub.

Qeyd edək ki, o, səsvermədə Qleyson Bremer ("Yuventus"), Santyaqo Kastro ("Bolonya"), Patrik Kutrone ("Komo"), Federiko Dimarko ("İnter") və Kristian Pulişiçi ("Milan") üstələyib.

Chosen
7
6
90deqiqe.az

7Sources