EN

Ermənistan SQ-nin Baş Qərargahının keçmiş rəisi Baş Prokurorluğa ÇAĞIRILDI

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Baş Prokurorluğa çağırılıb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi qanunsuz mülkiyyət işi ilə bağlı Baş Prokurorluğa çağırılıb. O, oktyabrın 18-də prokurorluğa gəlməlidir.

Davtyan iki dəfə Baş Qərargaha rəhbərlik edib – 2018-2020-ci illərdə, həmçinin 2021-2022-ci illərdə.

O, keçmiş müdafiə naziri David Tonoyan və başqaları ilə birlikdə sursat tədarükü zamanı sui-istifadə halları ilə bağlı işdə də iştirak edir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
19
1
interpress.az

2Sources