EN

ABŞ-ın müdafiə naziri NATO-nun baş katibi ilə NƏDƏN DANIŞDI?

ABŞ-ın müdafiə naziri Lloyd Ostin NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığında Ukraynaya dəstək olduğunu vurğulayıb. SİA xarici KİV-ə istinadn xəbər verir ki, görüş zamanı Ostin ABŞ-ın NATO üçün prioritetlərini və qarşıdan gələn NATO müdafiə nazirlərinin toplantısını müzakirə edib.

Ostin NATO-nun çəkindirmə və müdafiə səylərini gücləndirməyə, Ukraynaya dəstəyi davam etdirməyə və transatlantik müdafiə sənayesi bazasının gücləndirilməsinə toxunub. İkili bəyan edib ki, NATO-nun Ukraynaya dəstək səyləri Ukraynanın “gələcək NATO üzvlüyü” üçün körpü yaradacaq. Ostin və Rutte həmçinin Yaxın Şərqdə davam edən qeyri-sabitliyi və NATO-nun İraqda potensialın gücləndirilməsi missiyasını davam etdirmək əzmində olduqlarını bildiriblər.

Chosen
60
47
sia.az

10Sources