EN

Bakıda soyğunçuluq edən keçmiş məhkum yaxalandı

Image

Bakıda soyğunçuluq hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev öz facebook səhifəsində məlumat verib. Məlumatda deyilir: "Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oktyabrın 10-da gecə saatlarında rayon ərazisində bir nəfərin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən, əvvəllər oğurluğa görə məhkum olunmuş 26 yaşlı E.Həsənov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır."

Mətləb






Chosen
8
baki-xeber.com

1Sources