EN

Millimiz Minskdə Belarusa məğlub oldu

Belarusda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq görüşü keçirib.

90deqiqe.Az xəbər verir ki, U-19 Minskdə meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüş Belarus yığmasının 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 53-cü dəqiqədə Kənan Feyziyev vurub.

Komandalar 13 oktyabrda ikinci yoldaşlıq görüşündə üz-üzə gələcəklər.

Chosen
10
1
90deqiqe.az

4Sources