EN

Rusiya afrikalı qadınları aldadaraq dronlar istehsal edir

Rusiya Uqanda, Ruanda, Keniya, Cənubi Sudan, Sierra Leone və Nigeriyadan olan gənc qadınları, həmçinin Şri-Lanka vətəndaşlarını aldadaraq, “Şahed” kamikadze dronlarını istehsal edir. Bu barədə amerikalı jurnalistlərin “Associated Press”-in araşdırmasında deyilir.

“AP” xəbər verir ki, afrikalı qadınları Rusiyaya şirnikləndirirlər, onlara pulsuz uçuşlar və yataqxanada qalacaqları ilə yaxşı maaşlı iş vəd edirlər, sonra Tatarıstana, “Şahed” dronlarının istehsal olunduğu Alabuqa xüsusi iqtisadi zonasına aparılır.

Jurnalistlərin müəyyən etdiyi kimi, hazırda Alabuqada dron istehsalında adı çəkilən ölkələrdən əksəriyyəti 18-22 yaşlı 200-ə yaxın qadın çalışır. İstehsalatda mübadilə tələbələri də çalışır, onlardan bəzilərinin cəmi 16 yaşı var.

İşçilər həm yataqxanada, həm də iş yerində daimi video nəzarət altındadır, iş növbələri uzundur - 12 saat, əmək haqqı isə vəd ediləndən xeyli aşağıdır: 700 dollar (1190 manat) əvəzinə 500 dollar (850 manat), həmçinin dəri qıcıqlanmasına səbəb olan zərərli kimyəvi maddələrlə üzləşirlər. Müəssisə rəhbərliyi qadınları vətənə qayıtmaqdan çəkindirir, çünki onlar hətta ixtisassız işlərə də kadr almaqda problem yaşayırlar.

“Alabuga Start” adlı işə qəbul proqramı Afrika, Cənubi Amerika və Asiyada güclü şəkildə təbliğ edilir və gənc qadınlara "karyera imkanları" vəd edir. Bununla belə, ekspertlər hesab edir ki, gənc qadınlar onlara nəzarət etmək daha asan olduğundan seçilirlər.

Almaz Həsənli

Chosen
12
oxumeni.az

1Sources