Jurnalist İbrahim Nəbioğlu feysbuk səhifəsində paylaşım edib.
News365.az paylaşımı təqdim edir:
"İnsan xəyal qurmadan yaşaya bilmədiyi kimi ümidsiz də yaşaya bilməz. Xəyallar keçmişi əks etdirirsə, ümid gələcəyi çağırır"...
–Eli Vizelin 1986-cı Nobel nitqindən Eli Vizel (Elie Wiesel, 1928 - 2016) — yəhudi əsilli amerikalı və fransız yazıçı.
“Yəhudi xalqının iztirablarına və nasizm qurbanlarına həsr olunmuş mövzulara sadiqliyinə görə” 1986-cı il Nobel Sülh Mükafatı laureatına layiq görülmüşdü.
Bu gün günorta saatlarında Sülh üzrə 2024-cü il Nobel laureatının adı bəlli olacaq…