EN

İqtisadi Şuranın növbəti iclası keçirilib (FOTO)

Bakı. Trend:

10 oktyabr tarixində Azərbaycan Respublikası İqtisadi Şurasınınsədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasdaAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə26 sentyabr 2024-cü il tarixində keçirilən iqtisadi məsələlərə həsrolunmuş müşavirədəki tapşırıqlarından irəli gələrək “AzərbaycanRespublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsiQaydaları”, ixrac əməliyyatları zamanı əldə olunmuş vəsaitinqanunvericiliyə uyğun olaraq 180 gün ərzində ölkəyə gətirilməsininvəziyyəti, ixrac edilən malların sektorlar və ölkələr üzrətəsnifatı, fiziki və hüquqi şəxslər üzrə ölkəyə qaytarılmayanvalyuta vəsaitləri, xarici valyuta vəsaitlərinin xaricdənqaytarılmaması ilə əlaqədar inzibati-cinayət məsuliyyəti tədbirləribarədə geniş müzakirələr aparılıb.

Məsələ ətrafında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov,Mərkəzi Bankın sədri Taleh Kazımov və iclasda iştirak edənAzərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev çıxışediblər.

Gündəlikdə ikinci məsələ olaraq “Cənub Qaz Dəhlizi” QapalıSəhmdar Cəmiyyətinin fəaliyyəti ilə bağlı məsələlər də ətraflımüzakirə olunub. Məsələ üzrə iqtisadiyyat naziri MikayılCabbarovun, SOCAR-ın prezidenti Rövşən Nəcəfin və Dövlət NeftFondunun icraçı direktoru İsrafil Məmmədovun məruzələridinlənilib.

Təqdim olunan məsələlər üzrə İqtisadi Şura üzvləri tərəfindəngeniş müzakirələr aparılıb. İclasın yekununda İqtisadi Şuraüzvlərinin təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub vəaidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

İqtisadi
İqtisadi
Chosen
8
26
az.trend.az

10Sources