Bakı. Trend:
Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi ArtakDavtyan Baş Prokurorluğa çağırılıb.
Trend bubarədə Ermənistan KİV-ə istinadən xəbər verir.
Məlumatda qeyd olunub ki, o, qanunsuz əmlakla bağlı oktyabrın18-nə Baş Prokurorluğa çağırılıb.
Qeyd edək ki, Artak Davtyan 2018-2020-ci illərdə, eləcə də2021-2022-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahrəisi vəzifəsində işləyib.
O, həmçinin keçmiş müdafiə naziri David Tonoyan və başqaları iləbirlikdə silah-sursat tədarükü zamanı sui-istifadə halları iləbağlı ittiham olunur.