EN

Millətlər Liqası: İngiltərə məğlub olub, İtaliya heç-heçə edib

UEFA Millətlər Liqasında III turun oyunlarına start verilib. SİA xəbər verir ki, A, B, C və D Liqalarında ümumilikdə 10 görüş keçirilib. Günün ən maraqla gözlənilən matçı A qrupunda İtaliya və Belçika arasında olub. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə nəticələnib. B qrupunun oyununda isə İngiltərə Yunanıstana 1:2 hesabı ilə uduzub.

A Liqası
İsrail - Fransa - 1:4
İtaliya – Belçika - 2:2
B Liqası
Avstriya - Qazaxıstan - 4:0
İngiltərə - Yunanıstan - 1:2
Finlandiya - İrlandiya - 1:2
Norveç- Sloveniya - 3:0
C Liqası
Latviya - Şimali Makedoniya - 0:3
Farer adaları - Ermənistan - 2:2
D Liqası
Moldova - Andorra - 2:0
Cəbəllüttariq - San-Marino - 1:0
Qeyd edək ki, üçüncü turun görüşlərinə oktyabrın 12-də yekun vurulacaq.

Chosen
8
7
sesqazeti.az

10Sources