EN

Nigeriyada 165 terrorçu və silahlı dəstə üzvü zərərsizləşdirilib

Nigeriyada 165 terrorçu və silahlı dəstə üzvü zərərsizləşdirilib

Nigeriyada İŞID-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarına və onların dəstə üzvlərinə qarşı keçirilən əməliyyatlarda bir həftə ərzində 165 terrorçu və silahlı dəstə üzvü zərərsizləşdirilib.Nigeriya Müdafiə Nazirliyinin Media Əməliyyatları Direktoru Edvard Buba verdiyi açıqlamada ordunun son bir həftə ərzində ölkə daxilində terrorçulara və silahlı dəstə üzvlərinə qarşı əməliyyatlar həyata keçirdiyini açıqlayıb.Buba əməliyyatlarda 165 terrorçu və silahlı dəstə üzvlərinin öldürüldüyünü, 238 terrorçunun isə saxlanıldığını bildirib.Əməliyyatlar zamanı silahlı dəstə üzvləri və terrorçular tərəfindən girov götürülən 188 nəfərin xilas edildiyini bildirən Buba, silahlı dəstə üzvlərinə və terrorçulara aid 153 silah, çoxlu motosiklet və mühüm sursatların ələ keçirildiyi barədə məlumatı paylaşıb.Mənbə: AA

Chosen
9
2
afn.az

3Sources