EN

Kerri Makkarti: Effektiv iqlim fəaliyyətləri maliyyə imkanlarından asılıdır

İqlim fəaliyyətlərinin effektivliyi maliyyə resurslarının təmin edilməsindən asılıdır.

“İki sahil” xəbər verir ki, bunu Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə naziri Kerri Makkarti Bakıda keçirilən Pre-COP29-un ikinci günü çərçivəsində iqlim və inkişaf üzrə nazirlərin görüşündə (C&DM) deyib.

O qeyd edib ki, iqlimlə bağlı fəaliyyətlərin həyata keçirilməsinə ehtiyacı olan bir çox ölkələrin kifayət qədər vəsaiti yoxdur: “Bu inkişaf etməkdə olan ölkələr və kiçik ada dövlətləri iqlim dəyişikliyinin nəticələrindən ən çox təsirlənənlər sırasındadırlar və buna görə ən az məsuliyyət daşıyırlar”.

K.Makkartinin sözlərinə görə, 2017-2021-ci illərdə iqlimin maliyyələşdirilməsinin həcmi orta hesabla ildə cəmi 7 milyard ABŞ dolları təşkil edib.

Chosen
1
3
ikisahil.az

4Sources