EN

"Pul köçürmələrinə nəzarətin gücləndirilməsi aktuallaşıb" – Vüqar Bayramov

Deputat Vüqar Bayramov, İqtisadi Şuranın son iclasında Azərbaycandan xaricə pul köçürmələri və ixrac dəyərinin ölkəyə tam qaytarılması məsələlərinin müzakirə edildiyini bildirib.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, bu sahədə nəzarətin gücləndirilməsi prioritet hesab edilir. 2024-cü ilin ilk 7 ayında xarici ticarət dövriyyəsi 26 milyard 239 milyon dollar təşkil edib, ixracın həcmi 6,1% azalıb. Buna baxmayaraq, ölkədən xaricə pul köçürmələri 34,7% artıb. Nəticədə valyutanın ölkəyə qaytarılması və nəzarətin gücləndirilməsi aktuallaşıb.

Chosen
17
qht.az

1Sources