EN

Cəlal Qasımov: "Süni intellekt səmərəliliyi artırır, amma idarəetmədə liderlərin rolu böyükdür"

Süni intellekt səmərəliliyi və sürəti artırır, amma biznesin idarə edilməsində liderlərin də rolu böyükdür.

"Report" xəbər verir ki, bunu “PAŞA Holdinq” MMC-nin baş icraçı direktoru Cəlal Qasımov təmsil etdiyi qurumun təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge” İnnovasiya Sammitinin 2-ci günündə bildirib.

"Süni intellektdən yaxşı və yaxud pis məqsədlərə də istifadə edə bilərsən. Liderlik həm də məsuliyyətdir. Süni intellektdən danışarkən düşünürlər ki, bəs insanlar necə olacaq? Hər bir lider başa düşməlidir ki, o insanlarla bağlı məsuliyyət daşıyır. Fərqi yoxdur, sənin üçün işləyir, ya dövlətdə işləyir. Belə,yaxşı liderlər yetişdirsək dünyada daha yaxşı yeri olar", - deyə o qeyd edib.

Chosen
7
1
sam.az

2Sources