EN

Dreli Solomon: İqlim maliyyəsi ada dövlətləri üçün böhranın aradan qaldırılmasında mühüm rol oynayır

Hazırda uyğunlaşmaya dair dövlət proqramlarının və davamlı, kontekstual, uzunmüddətli iqlim tədbirlərinin hazırlanmasının təşviqinə xüsusi diqqət yetirilir.

"Report" xəbər verir ki, bunu Vanuatunun Belçika və Avropa İttifaqındakı səfirliyinin birinci katibi Dreli Solomon Bakıda keçirilən Pre-COP29-un ikinci günü çərçivəsində iqlim və inkişaf üzrə nazirlərin görüşündə (C&DM) deyib.

"Biz inkişafın bütün spektrini kompleks şəkildə nəzərdən keçirir və bir sıra problemləri eyni vaxtda həll etmək üçün maliyyə, insan və texniki resursların bölüşdürülməsini razılaşdırırıq", - o bildirib.

D.Solomonun sözlərinə görə, iqlim maliyyəsi ada dövlətləri üçün iqlim dəyişikliyi böhranının həllində mühüm rol oynayır, onlara iqlim dəyişikliyi ilə mübarizə və uyğunlaşma sahəsində layihələr həyata keçirməyə imkan verir.

Chosen
8
1
sam.az

2Sources