EN

Ozanın qardaşı “Liverpul”un hədəfində

“Benfika”nın futbolçusu Orkun Kökçü karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Liverpul” türkiyəli yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Record” nəşri məlumat yayıb. İngiltərə klubunun skautları qışa qədər oyunçunu yaxından izləyəcək.

“Benfika” Orkun üçün 80 milyon avro tələb edir. Futbolçunun klubla sözləşməsi 2028-ci ilin yayına kimidir.

Kökçü bu mövsüm 9 oyunda 4 qol vurub, 3 məhsuldar ötürmə edib.

Orkun Azərbaycan yığmasının futbolçusu Ozan Can Kökçünün qardaşıdır.

Chosen
27
futbolpress.az

1Sources