EN

2024-cü il Nobel Sülh Mükafatı öz qalibini tapıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

2024-cü il Nobel Sülh Mükafatının laureatı açıqlanıb.

Banco.az xəbər verir ki, Norveçin paytaxtı Osloda Norveç Nobel İnstitutunda keçirilən mətbuat konfransında 2024-cü il Nobel Sülh Mükafatının qalibinin adı açıqlanıb.

2024-cü il Nobel Sülh Mükafatını "dünyanın nüvə silahlarından azad edilməsi" sahəsində fəaliyyətinə görə Yaponiyanın Nihon Hidankyo təşkilatı qazanıb.

Xatırladaq ki, 2023-cü il Nobel Sülh Mükafatını "məzlum qadınlar uğrunda mübarizəsinə görə" həbsdə olan iranlı fəal Nərgiz Məhəmmədi alıb.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
19
banco.az

1Sources