EN

Köçəryanın 7 milyonluq əmlakı əlindən alınır, sabiq baş qərargah rəisi Davtyan da "ilişdi"...

Image

Ermənistan prokurorluğu keçmiş prezident Robert Köçəryanın böyük oğlu Sedrak Köçəryanın və onun həyat yoldaşının daşınmaz əmlakı müsadirə ediləcək. Erməni mətbuatı yazır ki, Baş Prokurorluq bununla bağlı sənədləri artıq məhkəməyə təqdim edib.

Qeyd edilir ki, söhbət 14 əmlakdan və 6.9 milyon dollar puldan gedir. 

Bu arada Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Artak Davtyan da qanunsuz əmlakla bağlı Baş Prokurorluğa çağırılıb.

Qeyd edək ki, Artak Davtyan 2018-2020-ci illərdə, eləcə də 2021-2022-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində işləyib.

O, həmçinin keçmiş müdafiə naziri David Tonoyan və başqaları ilə birlikdə silah-sursat tədarükü zamanı sui-istifadə halları ilə bağlı ittiham olunur.

TAHİR





Chosen
29
13
baki-xeber.com

10Sources