EN

“Bank of Baku” doqquz aya ₼20 milyon xalis mənfəət açıqladı – İki qat artım

“Bank of Baku” ASC 2024-cü ilin ilk 9 ayı ərzində 20.04 milyon manat xalis mənfəət əldə edib.

Banker.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 117% artım deməkdir, belə ki, 2023-cü ilin ilk 9 ayında Bankın mənfəəti 9.23 milyon manat olmuşdu.

Bankın faiz gəlirləri 2024-cü ildə 112.6 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövründə olan 94.1 milyon manatla müqayisədə 19.7% artım deməkdir.

Əsas artım müştərilərə verilmiş kreditlərdən əldə edilən faiz gəlirlərindədir – bu göstərici 2024-cü ildə 105.7 milyon manat olub.

Faiz xərcləri isə 2023-cü ilin ilk 9 ayında 29.3 milyon manatdan 2024-cü ilin müvafiq dövründə 40.7 milyon manata yüksəlib. Bu da təxminən 39%-lik artıma bərabərdir. Depozitlər üzrə faiz xərcləri bankın ümumi faiz xərclərinin böyük hissəsini təşkil etməkdədir və bu göstərici 2024-cü ildə 38 milyon manat olub, ötən illə müqayisədə 36.8% artıb.

Qeyri-faiz gəlirləri 2024-cü ilin ilk 9 ayında illik 35.4% artımla 13 milyon manat olub, qeyri-faiz xərcləri isə 22.5% artaraq 61.7 milyon manat olub.

Bankın komissiya gəlirləri qeyri-faiz gəlirlərinin artımının əsasını təşkil edib. Komissiya gəlirləri 12.6 milyon manat təşkil edib, bu da keçən ilki 9.5 milyon manata nisbətən 32.1%-lik artımdır.

Bankın hesabat müddətində əməkhaqqı və digər kompensasiya xərcləri 23.7 milyon manata yüksəlməklə illik 6.3%-lik artıb.

BANK BÖYÜYÜR…

“Bank of Baku” ASC-nin aktivləri ilin əvvəlindən 5.6% artımla 919.51 mln. manata, öhdəlikləri 5.2% artımla 769.81 mln. manata, cəmi kapitalı isə 7.7% artımla 149.7 mln. manata yüksəlib.

Bankın müştərilərə verilmiş kreditləri ilin əvvəlindən 13.9% artaraq 1 oktyabr 2024-cü il tarixinə 750.6 mln. manata yüksəlib. Bankın əsas portfelini formalaşdıran istehlak kreditləri cari ildə 18.7% artaraq 564.98 mln. manata çatıb. Biznes kreditləri 139.04 mln. manat (ilin əvvəlindən: -6.1%),  daşınmaz əmlak kreditləri 46.58 mln. manat (33.5%) olub.

Bank müştərilər qarşısında inamını yükəltməkdədir. Məsələn, depozitlər doqquz aya 10.8% artım sərgiləməklə 571.34 mln. manata çatıb. Bunun da 517,64 mln. manatı fiziki şəxslərin depozitləri, 53,7 mln. manatı isə hüquqi şəxslərin depozitlərindən ibarətdir.

Chosen
96
50
banker.az

10Sources