EN

Dələduzluqda ittiham olunan partiya sədri ev dustaqlığına BURAXILMADI

İdeal partiyasının və eyni adlı saytın rəhbəri Nazim Quliyevin cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin vəkili vəsatət təqdim edərək Nazim Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini istəyib.

Dövlət ittihamçısı Vüsal Mehrəliyev zərərçəkmişlərə edilə biləcək təzyiq ilə əlaqədar vəsatətin təmin edilməməsini istəyib. O, işin məhkəmə baxışına verilməsini xahiş edib.

Məhkəmə müşavirə əsasında  vəsatətin təmin edilməməsinə qərar verib. Məhkəmənin baxış iclası 25 oktyabra təyin edilib.

Qeyd edək ki, Nazim Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
 

Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə); 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törədildikdə); 182.2.2 (hədə-qorxu ilə tələb etmə- təkrar törədildikdə) və 182.2.4 (hədə-qorxu ilə tələb etmə - xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.


Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, Nazim Quliyev 2009-cu ildə rüşvət almaqda, hədə-qorxu ilə tələb etməkdə və digər cinayət əməllərində təqsirli bilinərək 13 il 3 ay azadlıqdan məhrum edilmiş, 11 il sonra - 2020-ci ildə vaxtından əvvəl azadlığa buraxılmışdı.

Selcan Zaurqızı, Bizim.Media

Chosen
25
bizim.media

1Sources