EN

COP29-a hazırlıq Konfransında Azərbaycan sədrliyinin “İqlim və Sülh bağlantısı” mövzusunda təşəbbüsləri geniş dəstək qazanıb

Oktyabrın 11-də COP29 Sədrliyinin təşkilatçılığı ilə iqlim dəyişikliyi və qlobal sülh arasındakı əlaqəyə həsr olunmuş Pre-COP-un paralel tədbiri keçirilib.

APA xəbər veirr ki, tədbirə üzv ölkələrin hökumət nümayəndələri, BMT agentlikləri və vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləri qatılaraq su qıtlığı, ərzaq çatışmazlığı və torpaq deqradasiyası kimi iqlimlə əlaqəli təhdidlərin beynəlxalq sülh və sabitliyə neqativ təsiri və bu sahədə qlobal həllərin vacibliyini müzakirə ediblər.

COP Sədrliyinin Baş müşaviri, səfir Elşad İsgəndərov iqlim dəyişikliyini"münaqişə təhlükəsini artıran amil" kimi təqdim edərək onun milli resurslar və məcburi köçkünlük üzərindəki mənfi təsirlərini vurğulayıb. O, COP29-un sədrliyinin bu sahədə konkret həlləri nəzərdə tutan təşəbbüslərini, o cümlədən İqlim və Sülh Fəaliyyəti üzrə Bakı mərkəzinin konsepsiyasını təqdim edib. Həmçinin beynəlxalq sülhə iqlimlə əlaqəli təhlükəsizliklərinin qarşısının alınması sahəsində əməli addımları ehtiva edən Bakı İqlim Üçün Sülh Çağırışının ilkin layihəsi də müzakirə üçün təqdim edilib.

İtaliya, Misir, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Amerika Birləşmiş Ştatları, Almaniya, Uqanda, İrlandiya və Qırğızıstanın nümayəndələri, eləcə də Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin İnkişaf Proqramı və digər beynəlxalq təşkilatların nümayəndələri Azərbaycan sədrliyinin bu təşəbbüslərinin gələcəyin təhdidlərinə qarşı əməli addımlar kimi yüksək qiymətləndirərək, ölkəmizin təşəbbüslərinə dəstəklərini ifadə ediblər.

Eyni zamanda, tədbir iştirakçılarına noyabrın 15-də keçiriləcək COP29 İqlim, Bərpa və Sülh (PRR) Gününün məqsədləri haqqında məlumat verilib. Bildirilib ki, bu günün məqsədi iqlim dəyişikliyi və sülh arasındakı əlaqə üzrə tədbirlərin irəlilədilməsidir. Müzakirələrdə COP29 Sülh günündə uğurlu birgə nəticələrin əldə edilməsi məqsədilə əməkdaşlığın gücləndirilməsinin vacibliyi də qeyd edilib.

Chosen
12
7
apa.az

8Sources