EN

Məsut Özil: “Qarabağ" bizim canımız-ciyərimizdir”

“Qarabağ" bizim canımız-ciyərimizdir”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ” klubunun düşərgəsində qonaq olan Almaniya yığmasının Türkiyə əsilli sabiq futbolçusu Məsut Özil deyib.

Dünya çempionu onu izləməyə gələnlərə təşəkkür edib: "Hamınızı salamlayıram. Gəldiyiniz üçün çox sağ olun. “Qarabağ” komandasına uğurlar arzu edirəm. Burda olduğum üçün xoşbəxtəm. Dəstəyiniz üçün minnətdaram”.

Qeyd edək ki, Ağdam təmsilçisinin dəvəti ilə ölkəmizə təşrif buyuran Özil "Azersun Arena"da keçirilən açıq məşqini izləyir.

Aytac Sahəd
İdman.biz

Chosen
12
3
idman.biz

10Sources