EN

Xaçmazda minik avtomobilləri toqquşub, ölənlər var

Quba, 11 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, oktyabrın 11-də rayonun Xudat şəhəri ərazisində "VAZ-21011" və “VAZ-21099” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

 

Chosen
8
azertag.az

1Sources