EN

Bakı metrosunda qatar depoya göndərildi - İntervalda yubanma yarandı

Bakı. Trend:

"Bakı metropoliteni"ndə qatar gecikib.

Trend xəbər verir ki, bubarədə metropoliten məlumat yayıb.

Bildirilib ki, "İçərişəhər" stansiyasına daxil olan qatarınqapılarından maşinistin idarəetmə pultuna daxil olmuş siqnaləsasında qatar stansiyada ikən baxış keçirilib:

"Əlavə texniki baxış tələb olduğundan, "Bakı metropoliteni"nintəhlükəsizlik tələblərinə uyğun olaraq, qatar, sərnişinsiz hərəkətetməklə, "Nərimanov" elektrik deposuna göndərilib.

Əvəzinə xəttə qatar verilib. Nəticədə, "qırmızı xətt" üzrəintervaldan əlavə 2 dəqiqə yubanma qeydə alınıb".

Chosen
56
15
az.trend.az

1Sources