EN

Məsut Özilin Bakıya səfərinin səbəbi müəyyənləşdi

Almaniya millisinin sabiq futbolçusu Mesut Özilin Bakıya səfərinin səbəbi müəyyənləşib.


Report xəbər verir ki, bu barədə ölkəmizdə səfərdə olan professor İrfan Gündüz mətbuat konfransında bildirib.


O, Türkiyədə Məsut Özil Futbol Akademiyasını qurmaq istədiklərini və bununla bağlı Bakıda görüşlər keçirdiklərini söyləyib:


"Azərbaycanlı azyaşlı uşaqların da bu akademiyaya cəlb olunmasını istəyirik".


Qeyd edək ki, Məsut Özil karyerası ərzində Almaniyada "Şalke 04", "Verder", İspaniyada "Real", İngiltərədə "Arsenal", Türkiyədə "Fənərbağça" və "Başakşehir" kimi klubların formasını geyinib. O, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.



Chosen
1
9
qaynarinfo.az

10Sources