EN

"Zirə"nin müdafiəçisi oynadı, milli komandası məğlub oldu

Afrika Millətlər Kubokunun seçmə mərhələsinin 3-cü turunun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Ruanda millisi səfərdə Benin seçməsinin qonağı olub. Qarşılaşma ev sahiblərinin 3: 0 hesablı qələbəsi ilə başa çatıb.

Ruanda millisinin üzvü olan "Zirə"nin müdafiəçisi Anje Mutsinzi də bu görüşün iştirakçısı olub. 26 yaşlı futbolçu matçda start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.

3 turdan sonra aktivində 2 xal olan Ruanda yığması 4 komandanın yer aldığı qrupda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

saytlarin hazirlanmasi

Chosen
42
1
sportal.az

2Sources