EN

Türkiyə Monteneqroya minimal fərqlə qalib gəlib

Türkiyə yığması UEFA Millətlər Liqasında evdə Monteneqro millisinə qalib gəlib.

“Far.Az”un məlumatına görə, B Liqasının IV qrupundakı qarşılaşmada “ay-ulduzlular” 1:0 hesabı ilə rəqibindən üstün olub.

Samsun şəhərində baş tutan matçda yeganə qolu 69-cu dəqiqədə İrfancan Kahveci vurub. Ona məhsuldar ötürməni “Yuventus”un gənc ulduzu Kenan Yıldız verib.

Qeyd edək ki, üç oyundan sonra Vinçentso Montellanın yetirmələri 7 xalla turnir cədvəlinə başçılıq edirlər.

Chosen
13
1
far.az

2Sources