EN

"Miss Russia 2024"ün qalibi Bakıya gəlmək İSTƏYİR

“Noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına qatılmaq istəyirəm”.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Moskva-Baku.ru” saytına açıqlamasında “Miss Russia 2024”ün qalibi Valentina Alekseyeva deyib. 

“Dünyanın ən böyük qapalı su hövzəsinin - Xəzər dənizinin dayazlaşması iqlim dəyişikliyi ilə bağlıdır. Yəni havanın temperaturunun yüksəlməsi, yağıntıların olmaması və daxil olan çayların axınının azalması başlıca faktorlardır.

Çaylar təbii yolla kifayət qədər su almır və bundan əlavə, sudan qeyri-rasional istifadə, çayların məcralarının lillənməsi faktoru da mövcuddur.
 

Ona görə də bu və digər ekoloji problemlərin müzakirəsində iştirak üçün noyabrda Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına qatılmaq istəyirəm. Çünki konfransdakı əsas mövzular Xəzər dənizinin dayazlaşması problemləri, regional iqlim dəyişikliyi, neftlə çirklənmə və digər ekoloji problemlərdir”.


Qeyd edək ki, 18 yaşlı Valentina Alekseyeva modelliklə yanaşı ekoloji tədqiqat layihələri ilə də məşğuldur.

Surxay Atakişiyev, Bizim.Media

Chosen
12
bizim.media

1Sources