EN

ABŞ İranın neft sektorunda olan bütün şəxslərə qarşı sanksiyalar tətbiq edib

ABŞ Maliyyə Nazirliyi İranın neft və neft-kimya sektorlarına qarşı sanksiyalar tətbiq edib. Bununla yanaşı, məhdudiyyətlər iqtisadiyyatın bu sektorlarında iştirak edən bütün şəxslərə aiddir.

Sənəddə deyilir: “İran iqtisadiyyatının neft və neft-kimya sektorlarında iştirak edən istənilən şəxs sanksiyalar rejiminə düşür”.

Həmçinin 16 hüquqi şəxsə və 23 tankerə qarşı sanksiya tətbiq edilib. Onların İran neftinin ticarəti və nəqli ilə məşğul olduqları iddia edilir. Məhdudiyyətlər Çin, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Panama, Liberiya, Surinam və Marşal adalarından olan şirkətlərə, eləcə də Malayziya, Barbados, Beliz, Kamerun, Kuk adaları, Palau, Panama, Sent Kitts və Nevis, Sao Tome və Prinsipi və Esvatini kompaniyalara da şamil olunur.

Dövlət katibi Antoni Blinken deyib ki, sanksiyalar nüvə proqramı və raket istehsalı üçün maliyyənin məhdudlaşdırılmasına yönəlib. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan yeni məhdudiyyətləri İranın İsrailə hücumuna cavab adlandırıb.

S.ELAY

XQ

 

Chosen
14
9
xalqqazeti.az

10Sources