EN

ABŞ İranın neft və neft-kimya sektorundakı bütün şəxslərə qarşı sanksiyalar tətbiq edir

ABŞ hakimiyyəti İran iqtisadiyyatının neft və neft-kimya sektorları ilə bağlı fəaliyyəti olan bütün şəxslərə qarşı sanksiyalar tətbiq edir.

Müvafiq fərmanı cümə günü, oktyabrın 11-də ABŞ Maliyyə Nazirliyi verib. Sənəd idarənin rəsmi saytında dərc olunub.

“İranın İsrailə hücumuna cavab olaraq, Birləşmiş Ştatlar İran rejiminin sabitliyi pozan fəaliyyətini maliyyələşdirmək və həyata keçirmək qabiliyyətini daha da sarsıtmaq üçün qətiyyətli addımlar atır”, – ABŞ Maliyyə Naziri Janet Yellen nəşrdə sitat gətirir.

Onun sözlərinə görə, Amerika sanksiyalarının predmeti bu sektorlarla məşğul olan “istənilən şəxs” olmalıdır.

Oktyabrın əvvəlində ABŞ prezidenti Co Bayden bildirib ki, Vaşinqton İranın neft sənayesinə qarşı sanksiyaların sərtləşdirilməsi ideyasını araşdırır.

Mənbə RİA Novosti

Chosen
12
9
dogru.az

10Sources