Braziliyalı əfsanə Ronaldinyo həm oyunçu, həm də klub sahibi kimi peşəkar futbol həyatına qayıtmağa yaxındır.

Offsideplus.az "Foot Mercato"a istinadən xəbər verir ki, 44 yaşlı "Sambaçı" Amerika üçüncü liqasında çıxış edən "Qrinvill Triumf"un sahibi olub. Nəşrin məlumatına görə, O, təkcə klubu idarə etməyəcək, həm də yaşıl meydanlarda oynayacaq. 

Qeyd edək ki, Ronaldinyo karyerası ərzində Dünya Kuboku və Çempionlar Liqası da daxil olmaqla ümumilikdə 12 kubok qazanıb.